- 12:30
Şəmkirdə evdə kişi meyiti tapılıb.
E-huquq.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini olan 1991-ci il təvəllüdlü N. Şirinovun meyiti yaşadığı evdə aşkarlanıb.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. 35 yaşlı kişinin hansı şəraitdə ölməsi hələlik məlum deyil.
Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.