Məzmuna keç

Ceyranbatanda baş verən yanğın ərazisinə 2 helikopter cəlb edildi –

Abşeron rayonu ərazisində, Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

E-huquq.az-ın məlumtına görə, yanğının söndürülməsi üçün əraziyə 2 helikopter cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

***

11:52

Ceyranbatan su anbarının ərazisində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Ceyranbatan su anbarının ərazisində quru ot və kol-kos yanması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.