"Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib".
E-huquq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, virus insanların vəzifəsinə, mənsubiyyətinə baxmır: “Mərhumda yanaşı xəstəliklər də var idi. Ümumilikdə vəfat edən şəxsin təmasda olduğu şəxslər daim nəzarətə götürülür".
