Şəmkirdə özəl tibb müəssisəsində abort əməliyyatından sonra vəziyyəti ağırlaşan qadın ölüb.
TƏBİB-dən e-huquq.az-a bildirilib ki, noyabrın 20-də saat 13:00 radələrində 1991-ci il təvəllüdlü qadın ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanaya daxil olarkən onun nəbzi və arterial təzyiqi müəyyən edilməyib. Aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilib.
