Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayılıb - VİDEO


  • 30 Noyabr 2020 23:17

Ötən gecə 3 tələbənin ölümü ilə nəticələnən avtomobil qəzasının görüntüləri yayılıb.

E-huquq.az-ın məlumatına görə, dəhşətli avtoqəza Nobel prospektində qeydə alınmışdı. Sözügedən hadisədə Azərbaycan Tibb Universitetinin 3 tələbəsi həlak olub, biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, yüksək sürətlə hərəkət edən BMW markalı minik avtomobili yolun yağışlı olmasından idarəetməni itirərək zolaqdan çıxıb, daha sonra piyada olan 4 tələbəni vurub.

Qəzanın görüntülərini təqdim edirik.

Oxşar xəbərlər