Vətən mübaribəsi qazisi intihar etdi –
Vətən müharibəsi qazisi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar edib.
Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

