Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib


  • 18 Yanvar 2021 18:41

2020-ci ildə həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kq narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Oxşar xəbərlər