Şamaxıda Quşçu vulkanı püskürdü - RƏSMİ AÇIQLAMA/YENİLƏNDİ


  • 24 Yanvar 2021 17:17

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun əməkdaşları Şamaxı rayonunun Quşçu kəndi ərazisində püskürən vulkanla bağlı müvafiq ölçmə işləri həyata keçiriblər.

E-huquq.az xəbər verir ki, qoruğunun direktoru Ceyhun Paşayev bildirib ki, ərazidə bir neçə gün əvvəl seysmik aktivlik artığına görə, vulkan püskürməsi baş verib: “Ərazidə baş verən bu dəfəki vulkan püskürməsi nadir hal hesab olunur. Sərt süxurlar olduğu üçün fərqli-fərqli hündürlüklər qeydə alınıb. Vulkan üç hektar ərazini əhatə edib. Həcmi isə 27 min kub metrdir".

O əlavə edib ki, palçıq vulkanlarının proqnozlaşdırılması mümkün deyil: “Dünyanın 42 ölkəsində 2500-dən artıq palçıq vulkanı vardır. Azərbaycan ərazisində isə 350-dən artıq palçıq vulkanı qeydə alınıb. Palçıq vulkanları püskürən zaman təhlükəlidir. Bəzən hündürlüyü 500 metdən yuxarı olur, yerin dərin qatından bərk süxurlar əraziyə atılır ki, çox saylı çatlar əmələ gəlir”.

***

09:58

Şamaxıda Quşçu vulkanı püskürüb.

Bu barədə e-huquq.az-a AMEA Geologiya və Geofizika İnstitutundan bildirilib.

Hazırda institut əməkdaşları vulkan püskürən əraziyə ezam olunublar.

Oxşar xəbərlər