Bakıda yaşayış binasında yanğın oldu


  • 24 Yanvar 2021 18:43

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki binada qeydə alınıb.

Belə ki, binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.

Oxşar xəbərlər