Məzmuna keç

Kürdə gəzinti zamanı çevrilmiş qayıq tapıldı: Batmış 2 nəfərin axtarışları aparılır –

Kür çayında içindəki şəxslərlə birgə çevrildiyi ehtimal olunan qayıq aşkar edilib.

E-huquq.az xəbər verir ki, iki nəfərin olduğu zaman çevrildiyi ehtimal edilən qayıq tapılıb.

Qayıqda olan şəxslərin aşkar edilməsi üçün axtarış tədbirləri davam etdirilir.

***

21:25

Kür çayında gəzinti qayığı batıb.

E-huquq.az xəbər verir ki, hadisə Kür çayının Mingəçevirdən Yevlax rayonu ərazisinə uzanan hissəsində baş verib.

Daxil olmuş çağırış əsasında FHN-in Aran dalğıc axtarış qrupu qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb. İlkin məlumata görə, batdığı söylənən şəxslərdən biri qayıqçı, digəri gəzintiyə çıxan müştəridir. Onların Mingəçevir sakini olduğu və hadisənin qayığın çevrilməsi nəticəsində baş verdiyi bildirilir.

Mənbə: APA