Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi özünü asdı


  • 27 Fevral 2021 23:52

Qəbələ rayonunda intihar hadisəsi qeydə alınıb.

E-huquq.az-ın məlumatına görə, hadisə Zərgərli kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Seymur İlqar oğlu Əsgərov özünü yaşadığı evin həyətindəki tövlədə asıb. Onun meyitini ailə üzvləri aşkarlayıb.

Qeyd edək ki, 18 yaşlı S.Əsgərov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi olub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report

Oxşar xəbərlər