"Muğan Bank"ın filialının binasında yanğın oldu


  • 5 Mart 2021 23:52

Abşeron rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli şüşə və plastik konstruksiyalardan ibarət tikilinin 1 otağında kondisioner və ofis avadanlıqları yanıb.

E-huquq.az-ın məlumatına görə, yanğın “Muğan Bank”ın Abşeron rayonunda yerləşən filialının inzibati binasında baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb.

Oxşar xəbərlər