Məzmuna keç

DİN Fransa vətəndaşının ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, martın 9-da saat 17 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri – T.Vəliyevanın idarə etdiyi “Peugeot” və R.Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, eləcə də T.Vəliyevanın sərnişinləri – 10 yaşlı qızı Selin Maria və 7 yaşlı oğlu Rafael Nadim xəstəxanaya yerləşdirilib, oğlu orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, hadisə zamanı ölən və xəsarət alan sərnişinlər Fransa vətəndaşlarıdır.