Məzmuna keç

Tanınmış vəkil koronavirusa yoluxdu

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, Ədalət Vəkil Bürosunun rəhbəri, tanınmış vəkil Mukhtar Mustafayev koronavirusa yoluxub.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat yayıb.

O bildirib ki, M. Mustafayev hazırda dövlət tibb müəssisəsində stasionar şəraitdə müalicə alır.

"Bu gün bir neçə günlük fasilədən sonra özü ilə şəxsən təmasda oldum. Muxtar müəllimin sağlıq durumu normaldır, ona göstərilən tibbi xidmətlərin səviyyəsindən tam razılığını bildirdi, hər kəsə öz salamlarını çatdırdı və müalicənin xüsusiyyətləri ilə bağlı zənglərə cavab verə bilmədiyi üçün üzrhaqlıq etdi. Dəyərli həmkarımız, dostumuz, qardaşımız Muxtar müəllimə Allahdan şəfa diləyirəm, ən tez zamanda sağalıb normal həyat tərzini davam etdirməyini arzu edirəm", – deyə Anar Bağırov qeyd edib.