Məzmuna keç

Havaya atəş açan şəxs saxlanıldı

Sabirabad rayonunun Sarxanbəyli kəndi ərazisində kənd sakini V.Qurbanov xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açıb.

Daxili İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən V.Qurbanov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb.