Azərbaycanda icra məmuru döyüldü


  • 10 İyun 2021 15:47

Azərbaycanda icra məmuru döyülüb.

E-huquq.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə vəkil Adəm Məmmədov videogörüntü paylaşıb.

O bildirib ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin əməkdaşı Faiq Əkbərov icra məmurunun səlahiyyətləri çərçivəsində qanuni tələblər irəli sürərkən döyülüb.

Hadisənin nə vaxt baş verdiyi barədə məlumat yoxdur.

Ədliyyə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, məsələ bağlı araşdırma aparılır.

Oxşar xəbərlər