Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
E-huquq.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Bilgəh qəsəbəsində baş verib.
Belə ki, "Niva" markalı, 90-OJ-440 dövlət qeydiyyat nişanlı avtomobildə olan sürücü hərəkətdə olarkən qəfil idarətməni itirərək divara çırpılıb.
Hadisə nəticəsində sürücü ağır xəsarət alıb, avtomobilə ciddi ziyan dəyib.
Hadisənin təfərrüatları araşdırılır.
