Məzmuna keç

Sumqayıtda dənizdə batan yeniyetmənin meyiti tapıldı

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında, dənizdə ("Tağıyev" sularda xilasetmə məntəqəsindən təxminən 4 km aralı, nəzarətsiz ərazi) batan 2007-ci il təvəllüdlü Əhmədov Nahid Namiq oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə N.Əhmədovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.