Məzmuna keç

Bakı sakini mənzilində ölü tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

E-huquq.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Yeramin Aleksandr Vladimiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.