Məzmuna keç

Qızını öldürməkdə təqsirləndirilən ataya hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qızının bədəninə narkotik yeridərək öldürən Hacıağa Salamovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

A-huquq.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Salamova 9 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu ilin martında 1985-ci il təvəllüdlü Salamova Gülər Hacıağa qızının meyiti yaşadığı evdə aşkarlanıb.

İttihama görə, 1960-cı il təvəllüdlü Hacıağa Salamov qısqanclıq zəminində qızının bədəninə iynə ilə yüklü miqdarda heroin vurub. Nəticədə G.Salamova zəhərlənərək ölüb.