Məzmuna keç

Bakı metrosunda xəttə buraxılmış sınaq qatarında nasazlıq yaranıb

Bakı metrosunda xəttə verilmiş sınaq qatarında nasazlıq yaranıb.

Bunu e-huquq.az-a açıqlamasında Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, qatarda problem olduğu üçün "Memar Əcəmi" stansiyasında xəttə köməkçi qatar buraxılıb:

Sınaq qatarından sərnişinlər düşürülüb və qatar xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".