Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Bu barədə e-huquq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1956-cı il təvəllüdlü Vataqin Vladimir Alekseyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.
