Məzmuna keç

Abşeron rayonunda fərdi yaşayış evində yanğın oldu

Abşeron rayonunun Fatmayı kəndində yanğın baş verib.

E-huquq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 130 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar qismən yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.