Bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
E.Hacıyev qeyd edib ki, bu məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb: “Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir".
