Məzmuna keç

Yanğına görə tıxac yarandı –

Nərimanov rayonunda ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

E-huquq.az xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.