Azərbaycanda vəkilin avtomobilini yandırdılar - FOTO


  • 17 Oktyabr 2021 12:36

Zaqatalada Vəkillər Kollegiyasının üzvü, vəkil Azər İsmayılova məxsus avtomobil yandırılıb.

Bu barədə e-huquq.az-a vəkil özü məlumat verib.

O qeyd edib ki, avtomobili yandırmaqda şübhəli bildiyi şəxs var: "Hadisə yaşadığım binanın həyətində baş verib. Maşını benzinlə yandırıblar. Həmin şəxsin adını açıqlamaq istəmirəm, ancaq hesab edirəm ki, bunu edən şəxs mənim müdafiə etdiyim şəxsin işi üzrə qarşı tərəfdir".

Vəkil deyib ki, avtomobil Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb və hadisə yerinə polis əməkdaşları gəlib: "Artıq polisə ərizə ilə müraciət etmişəm. Ümid edirəm ki, yaxın zamanda hadisəni törədən şəxs məsuliyyətə cəlb olunacaq".

Xəyalə Bünyatova

Oxşar xəbərlər