Bakıda fəhlənin tikintidə yıxılaraq ölməsi ilə bağlı cinayət işi açıldı


  • 27 Oktyabr 2021 10:20

Oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişovun işlədiyi yerdə aldığı xəsarət nəticəsində xəstəxanada ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı Rayon Prokurorluğundan e-huquq.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılması nəticəsində baş nahiyəsindən almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Oxşar xəbərlər