Məzmuna keç

Yasamalda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin mətbəxində əşyalar 6 m² sahədə yanıb.

Bu barədə e-huquq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.