Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin sabiq rəisi Zavər Qafarov vəfat edib.
E-huquq.az-ın məlumatına görə, ədliyyə general-mayoru Z. Qafarov noyabrın 17-də 68 yaşında dünyasını dəyişib.
O, ürək tutmasından vəfat edib.
Qeyd edək ki, Z.Qafarov 1953-cü ildə anadan olub. Uzun illər ədliyyə orqanlarında çalışıb. Daha sonra o, Ədliyyə Akademiyasında Elmi tədqiqat və doktorantura şöbəsində işləyib.
Mənbə: Report
