Xəzər dənizində zəlzələ qeydə alındı


  • 27 Noyabr 2021 09:02

Noyabrın 27-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən e-huquq.az-a bildirilib ki, yerli vaxtla saat 03:44-də qeydə alınan zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 3,4-ə bərabər olub.

Oxşar xəbərlər