Gəncədə koronavirus xəstəsinə cinayət işi açıldı


  • 27 Noyabr 2021 10:14

Gəncədə yaşayış yerini tərk edən koronavirus xəstəsinə cinayət işi açılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, COVİD-19 virusuna yoluxduğuna görə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq noyabrın 22-də yaşayış yerini tərk edən Yeni Gəncə qəsəbə sakini R.Abbasov barəsində Gəncə Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər

  • 23 Yanvar 09:54
Bakıda vaqon yandı