21.10.2026
Zaqatalada ictimai yerdə koronavirus xəstəsi aşkarlandı
Hadisə

Zaqatalada ictimai yerdə koronavirus xəstəsi aşkarlandı

Dek 16, 2021

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan e-huquq.az-a verilən məlumata görə, Əliabad qəsəbə sakini Ceyhun Rzayevə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.

C.Rzayev barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.