Məzmuna keç

Ötən gün daha 30 nəfər toya buraxılmadı

Yanvarın 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 121 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, monitorinq 118 şadlıq sarayında, 3 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində 30 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.