Goranboyda evdə yanğın oldu


  • 14 Yanvar 2022 22:49

Goranboy rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, rayonun Veyisli kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları 16 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər