- 14 İyul 17:52
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan vaqonun (işçilərin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.