Məzmuna keç

Sabirabadda minik avtomobili aşdı, sürücü öldü

Sabirabadda minik avtomobili aşdı, sürücü öldü

Bu gün Sabirabad rayonunda yol-nəqliyyat qəzası baş verib.

E-huquq.az xəbər verir ki, hadisə Padar-Sabirabad yolu üzərində yerləşən Kovlar kəndi ərazisində olub.

Saatlı rayonunun Cəfərxan kənd sakini 1965-ci il təvəllüdlü Əliyev Nizami Bəymirzə oğlunun idarə etdiyi “VAZ 2106” markalı minik maşını yoldan çıxaraq aşıb.

Sürücü hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: APA