Həftəsonu yol qəzalarında 4 nəfər ölüb
Daxili İşlər Nazirliyi həftəsonu baş verən yol-nəqliyyat hadisələri ilə bağlı statistik məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

