Məzmuna keç

Lənkəranda 19 yaşlı gənc döyülərək su arxına atıldı

Lənkəranda 19 yaşlı gənc döyülərək su arxına atıldı

Lənkəran rayonunda 19 yaşlı gənc su arxına atılıb.

E-huquq.az xəbər verir ki, hadisə sentyabrın 27-də axşam saatlarında Ləj kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1999-cı il təvəllüdlü Pərviz Cümşüd oğlu Köçəriyev evdən çıxıb, ancaq geri qayıtmayıb. Bundan sonra ata övladının axtarışına çıxıb və onu huşsuz vəziyyətdə su arxında köməksiz vəziyyətdə tapıb. Bundan sonra P.Köçəriyev qapalı-kəllə beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Ata oğlunu üç nəfər naməlum maskalı şəxslərin döydüyünü, üst geyimini çıxardıqdan sonra isə əl-qolunu bağlayaraq su arxına atdıqlarını bildirib.

Artıq P.Köçəriyevdən izahat alınıb, faktla bağlı araşdırma aparılır.

Mənbə: Report