Məzmuna keç

Bakıda baş verən yanğın 11 yaşlı qızın ölümünə səbəb oldu

Bakıda baş verən yanğın 11 yaşlı qızın ölümünə səbəb oldu

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 kvadratmetr olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

E-huquq.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.