Polis əməkdaşları tərəfindən 4 il əvvəl Mingəçevir şəhəri ərazisində törədilmiş cinayət hadisəsinin üstü açılıb.
E-huquq.az xəbər verir ki, 2015-ci il mayın 31-də şəhər sakini V.İbrahimovun evinə talama məqsədilə girmiş 2 nəfər ona və arvadına zor tətbiq edib, səs-küy yarandığından hadisə yerini tərk ediblər.
Kriminalistik Tədqiqatlar İdarəsi və Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Z.Məmmədyarov saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
