Bakı şəhərinin Binəqədi rayonu, Şövkət Məmmədova küçəsində sökülməkdə olan tikilinin ərazisində 30 m² sahədə taxta tullantıları yanıb.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
12.08
Bakıda güclü yanğın başlayıb.
E-huquq.az xəbər verir ki, yanğın Binəqədi rayonunda Cəfər Xəndan və Şövkət Məmmədova küçələrində qeydə alınıb.
Sakinlərdən Trend-ə verilən məlumata görə, yanğın bir qədər əvvəl başlayıb.
Adıçəkilən küçələrin ərazisində baş verən yanğının səbəbi hələlik məlum deyil.
