Məzmuna keç

DTX tərəfindən saxlanılan generalın kimliyi məlum oldu

Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsinin Abşeron və İpək Yolu terminallarında əməliyyat keçirib. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan biri Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovdur.

Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifəsində çalışıb.