Məzmuna keç

Türkiyədə güclü yağış – Evləri su basdı – FOTO

Türkiyənin Mersin şəhərində səhər saatlarından etibarən təsirli olan güclü yağış bir sıra ərazilərdə subasmaya səbəb olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəzi küçə və prospektlərdə su yığılıb, ev və iş yerlərini su basıb.

Meteorologiya Baş İdarəsinin şəhər üçün “narıncı” xəbərdarlıq elan etdiyi bildirilir. Yağış səbəbindən bir sıra yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Yollarda subasma riskinə qarşı tədbirlər həyata keçirib.

Şəbnəm Mehdizadə