Dənizdə batan gənc tələbə olub - FOTOLAR


  • 27 İyun 2022 09:16

İyunun 24-də Sumqayıtda dənizdə batan gəncin tələbə olduğu müəyyənləşib.

E-huquq.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Bəylərov Eldar Qoşqar oğlu Gürcüstan universitetlərinin birində diş həkimliyi üzrə təhsil alırmış.

Əslən Laçından olan 19 yaşlı gənc ötən gün dəfn olunub.

Qeyd edək ki, hadisə "Gəmiqaya" restoranının yaxınlığında baş verib. Gəncin batmasından sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdu.



Mənbə: Qafqazinfo


Oxşar xəbərlər

  • 6 İyul 14:30
Şəmkirdə ev yandı