Minaya düşən polisin ayağı amputasiya edildi


  • 27 İyun 2022 11:06

Xəbər verdiyimiz kimi, dünən saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

DİN-dən e-huquq.az-a verilən məlumata görə, o, xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.

Bildirilib ki, hazırda həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər