Məzmuna keç

Novxanı çimərliyində gənc oğlan dənizdə batdı

Abşeron çimərliyində gənc oğlan dənizdə batıb.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı – nəzarətsiz ərazi) 1998-ci il təvəllüdlü Cəfərov Əkram Naib oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.