Azərbaycanda ağır yol qəzası olub: yaralılar var


  • 26 Sentyabr 2022 12:22

Ağstafada mikroavtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanlardan 3 nəfərinin vəziyyəti ağır, 12-nin isə durumu orta ağırdır.

Bu barədə e-huquq.az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

“Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək” - məlumatda bildirilib.

Oxşar xəbərlər