Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib.
E-huquq.az xəbər verir ki, əməliyyat zamanı bir neçə nəfər vəzifəli şəxs saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əməliyyatla bağlı rəsmi məlumat veriləcək.
