Sabirabadda yanğın baş verən bazar ərazisinə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan e-huquq.az-a verilən məlumata görə, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizəsi təmin olunur, təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirir.
Həmçinin yanğının söndürülməsi istiqamətində zəruri bütün tədbirlər görülür.
***
22.42
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.
E-huquq.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
