Məzmuna keç

Həftə sonu yol qəzalarında 8 nəfər ölüb

Həftə sonu Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 29-30-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.